Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şols Azərbaycan sərnişin təyyarəsinin Rusiya ərazisində vurularaq qəzaya uğramasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Şols özünün X hesabında hadisənin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin getdikcə daha çox günahsız insana təsir etməsinin sübutu olduğunu bildirib: "Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insanlara təsir edir - hətta Ukraynadan kənarda da. Bunu Aktauda baş verən təyyarə qəzası sübut edir və bu hadisə tam araşdırılmalıdır. Biz həlak olanların ailələrini düşünür və yaralılara tezliklə şəfa diləyirik".
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ