Onlayn ictimai-siyasi qəzet
Türkiyədə bir sıra vergilər, rüsumlar və cərimələr 2025-ci il yanvarın 1-dən 40 faizdən çox artacaq.
Musavat.com xəbər verir ki, Maliyyə Nazirliyinin bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən rabitə xidmətlərinə tətbiq edilən xüsusi vergi 43,93 faiz artacaq ki, bu da xaricdə alınan mobil telefonun Türkiyədə leqallaşdırılmasına təsir edəcək. Hər bir IMEI nömrəsini qeydiyyatdan keçirmək üçün telefon sahibi təxminən 1,3 min dollar ödəməli olacaq ki, bu da indikindən təxminən 400 dollar çoxdur.
Pasport və sürücülük vəsiqələrinin verilməsinə görə rüsumlar da artacaq. Belə ki, Türkiyə vətəndaşları üç il müddətində etibarlı olan xarici pasport 163 dollar əvəzinə 235 dollar, B kateqoriyalı lisenziya üçün isə 151 dollar əvəzinə 218 dollar ödəməli olacaqlar.
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artacaq. Qırmızı işıqda keçmək və sürət həddini 10-30 km/saat aşanlar yeni ildə indiki 44 dollar əvəzinə 64 dollar cərimə ödəyəcəklər. Bundan əlavə, bütün növ avtonəqliyyat vasitələrinin illik nəqliyyat vergisi də artacaq.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ