İnsanlara hürriyət, millətlərə istiqlal!

Arıxlı kəndi niyə ayağa qalxıb: Gürcü xüsusi təyinatlıları ilə toqquşmanın gerçək səbəbi - VİDEO

İki gənci öldürən GÜRCÜ sürücü azərbaycanlılara söyüş söyüb

Gürcüstanın Marneuli rayonunun Arıxlı kəndində iki gəncin ölümü ilə nəticələnən ağır yol qəzasından sonra gərginlik bu anlarda da davam edir. Musavat.com xəbər verir ki, hadisə zamanı iki gənc avtomobilin vurması nəticəsində həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Qəzadan sonra vəziyyət daha da pisləşib, çünki sürücünün Azərbaycanlı əhalinin ünvanına təhqiramiz ifadələr işlətməsi kənddə qəzəb və etiraza səbəb olub.

Yerli əhali bildirir ki, qəzanı törədən sürücü Azərbaycanlı sakinləri təhqir edərək vəziyyəti daha da gərginləşdirib. Bu, kənd sakinlərinin etirazına səbəb olub və nəticədə kənddə gərginlik artıb. Hal-hazırda Arıxlı kəndində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.

Azərbaycanlı jurnalistə danışan kənd sakinləri baş verən hadisəni və etirazlarının səbəbini açıqlayıblar. Onlar qeyd edirlər ki, iki gəncin qanının yerdə qalmasını istəmirlər və ədalətin təmin olunmasını tələb edirlər. Kənd əhalisi həmçinin vurğulayıb ki, sürücünün təhqiramiz davranışı onların qəzəbini artırıb və bu səbəbdən də hadisəyə kəskin reaksiya göstəriblər. 

Hazırda Arıxlı kəndində polis və əhali arasında gərginlik davam edir. Yerli sakinlər, həyatını itirən gənclərin, yaralanan digər sakinlərin ailələri və yaralananların yaxınları ədalət tələb edir. Kənd əhalisi sürücünün məsuliyyətə cəlb olunmasını və qanunun tam şəkildə tətbiq edilməsini istəyir.

Musavat.com olaraq hadisənin təfərrüatlarını əks etdirən videonu təqdim edirik:

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Yanvar 2025

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR