Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Marneuli-Bolnisi yolunun Naxiduri kəndində baş verən ağır yol qəzasından sonra yaranan gərginlik artıq aradan qaldırılıb.
Yerli sakinlərin etirazı və hadisə yerində baş verən insidentlərdən sonra hüquq-mühafizə orqanlarının səfərbərliyi nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub.
Qeyd edək ki, sürücü 2003-cü il təvəllüdlü T.Ç-nin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki azərbaycanlı yeniyetmə – Elçin Binnətov və Sinan Şərifov ölüb. Hadisədən sonra yaranan əsas narazılıq, təcili tibbi yardım briqadasının davranışı ilə bağlı idi.
Hazırda vəziyyət tam nəzarət altındadır.
İstintaq davam edir, hüquq-mühafizə orqanları baş verən hadisənin bütün detalları və səbəblərini araşdırır. Yerli sakinlər hadisə ilə bağlı ədalətin təmin olunacağına ümid edirlər.//Report
03 Yanvar 2025
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ