İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktaudan Bakıya gətirilən 3 yaralının vəziyyəti açıqlandı

Dekabrn 25-də "Azərbaycan Hava Yolların"a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 17 Azərbaycan vətəndaşı yaralanmışdı. Onlardan 3-nün bugünədək Qazaxstanda müalicələri davam edirdi.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün "Yeni Klinika"da jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, sözügedən 3 yaralının bu gün Bakıya təxliyyə məsələsi müzakirə olunmuşdu.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstəriş verildi və 2 xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollandı. Belə ki, hazırda həmin 3 vətəndaşımız Bakıya gətirilib və müalicələrini "Yeni Klinika"nın reanimasiya şöbəsində davam etdirirlər. Hamsının vəziyyəti ağır və stabildir.

Ümidvarıq ki, peşəkar tibbi heyət onları tezliklə müsbət dinamikaya doğru apararaq sağlamlıqlarına qovuşduracaq",- deyə nazir bildirib.

Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR