İnsanlara hürriyət, millətlərə istiqlal!

Lvov, Krivoy Roq və Odessa BOMBALANIR, general Kurskda SON döyüş ANONSU verdi - Polkovniklə CANLI

Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində səhər saatlarına olan məlumata görə, təkcə Lvovda azyaşlılar da daxil olmaqla 5 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O, deyib ki, hazırda həlak olan və xəsarət alanların sayı dəqiqləşdirilir. V.Zelenski yaralılara zəruri tibbi yardım göstərildiyini sözlərinə əlavə edib.

Ukrayna liderinin sözlərinə görə, ölkəsinə zəruri hərbi dəstək verən ölkələr insanların həyatını xilas etməyə ciddi töhfələr verir. O eyni zamanda ölkəsinə qarşı törədilən terrorun dayandırılmalı olduğunu bəyan edib.

Lvov şəhərinin meri Andrey Sadovıy isə ölənlərinin sayının 7-yə çatdığını açıqlayıb.

Baş verənlərlə bağlı Lvovun bir neçə istiqamətində elektrik enerjisi təchizatı dayandırıldığı üçün qatarların hərəkətində ləngimələr yaranıb.
Hər üç istiqamətə aviasiya hücumlarında “Tu-95MS” qırıcılarından da istifadə olunduğu bildirilib.
Hazırda Kursk vilayətində xüsusi hərbi əməliyyatın həlledici döyüşü gedir.

Bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov TASS-a müsahibəsində deyib.

O, xüsusi hərbi əməliyyatın 2024-cü ildə başa çatacağını bildirib.

“İndi Ukrayna öz qüvvələrini Rusiya ilə sərhəd bölgəsinə köçürüb. Buna görə də onların cəbhə xətti dağılıb. Rusiya Silahlı Qüvvələri öz ərazisində Ukrayna ordusuna sarsıdıcı zərbə vura, onları əsas resursdan məhrum edə bilər. Bu ilin əvvəlində demişdim ki, biz o həlledici döyüşə hazırlaşırıq. İndi həlledici döyüş gedir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız polkovnik Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR