İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Belarus könüllülərini ittiham edib

“Kalinovski” batalyonunda (red. - Ukrayna tərəfində vuruşan belaruslu millətçilərin hərbi birləşmələri) döyüşüb yaralanan belarusları Zelenski hokkey meydançasında əlil arabasında gəzdirməyəcək.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksanr Lukaşenko hökumət rəsmiləri ilə ölkədə ictimai-siyasi vəziyyət və cinayətkarlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə deyib.

O qeyd edib ki, “Kalinovski” qeyri-qanuni hərbiləşdirilmiş dəstənin üzvləri qanun qarşısında məsuliyyət daşıyacaqlar və onlar xaricdə heç kimə lazım olmadıqlarını anlamalıdır. Lukaşenko Ukraynada “Kalinovski”, Litva və Polşada isə onların qollarının formalaşdığını xatırladıb.

"Rəsmi Kiyev onlardan uzaqlaşmağa çalışır və biz bunu çox gözəl anlayırıq, bilirik. Onları cəbhəyə göndərirlər ki, məşq edib hökuməti devirmək üçün Belarusa göndərsinlər. Bu yaxınlarda Ukrayna cəbhəsində gedən döyüşlərdə “Kalinovski” üzvlərinin bir çoxu öldü, xeyli hissəsi şikəst oldu. Bu gün bunlar kimə lazımdır? Heç kimə. Prezident Zelenski onları xokkey meydançasında əlil arabasında gəzdirməyəcək. Bu, onların seçimidir və biz həmin hərbçilərlə müharibə qanunlarına uyğun rəftar edəcəyik,” - deyə Lukaşenko bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR