Onlayn ictimai-siyasi qəzet
Litva sığınacaq axtaranlar üçün sərhədi bağlamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu ölkənin daxili işlər nazirliyinin rəhbəri Kondratoviç bildirib.
O qeyd edib ki, Vilnüs Polşa və Finlandiyadan nümunə götürərək sığınacaqla bağlı müraciətlərin qəbulunu məhdudlaşdıran qanunlar paketi hazırlayır.
"Hazırda biz bu iki ölkənin praktikasını öyrənir və təhlil edirik – xüsusən də, sərhədçilərə hücum kimi insidentlər təkrar olunduqda, hökumətin qərarı əsasında sığınacaq ərizələrinin qəbuluna müəyyən məhdudiyyətlər qoymaq mümkün ola bilər", - deyə nazir bildirib.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ