Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti, 82 yaşlı Co Bayden dəri xərçəngi törəmələrinin çıxarılması üçün Moxs üsulu ilə əməliyyat olunub.
Musavat.com xəbər verir ki, məlumatı onun mətbuat katibi Kelli Skalli açıqlayıb. Bildirilib ki, prosedur uğurla həyata keçirilib və Baydenin səhhəti sabitdir.
Əməliyyat xəbəri, siyasətçinin Delaver ştatında kilsə ibadətindən alnında sarğı və çapıq izi ilə çıxarkən görüntülənməsindən sonra təsdiqlənib.
Xatırladaq ki, Baydenin 2023-cü ildə “Uolter Rid” Milli Hərbi Tibb Mərkəzində keçirilən müayinəsi zamanı sinəsindən başqa bir törəmə götürülmüşdü.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ