Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mozambikdə həmkarı ilə görüşdən sonra mətbuat qarşısına çıxaraq Qərb dünyasına sanki dərs keçib, Avropanı isə “beynəlxalq həyasızlığın bayraqdarı” adlandırıb.
Musavat.com xəbər verir ki, Lavrovun çıxışında ən çox diqqət çəkən fikirlərdən biri Avropa ölkələrinə ünvanlanıb:
“Avropa az qala azğınlaşıb və Rusiyaya qarşı beynəlxalq həyasızlıq kampaniyasının bir hissəsinə çevrilib”.
Nazirin fikrincə, Almaniyanın Rusiya ilə bağlı səsləndirdiyi istənilən bəyanat “normal insanlarda narahatlıq doğurur”.
“Tarixin dərslərini unutmaq olmaz – bu dərslər hazırkı alman və fransız nəsli tərəfindən pis mənimsənilib”, - deyə Sergey Lavrov vurğulayıb.
Görünür, Berlinin bəyanatları artıq rus diplomatiyasında psixoloji test kimi qiymətləndirilir.
Lavrov “Kiyev rejimi” deyərək Ukraynanı da unutmayıb. Bildirib ki, Kiyevin terror aktlarına təhrik edilməsi layiqli cavab alacaq.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ