İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda anbarlara ehtiyat su vurulur - SES-dəki partlayış yarımadada su qıtlığı yarada bilər

Kaxovka SES-in bəndinin partladılmasından sonra yaranan subasma daşqınlarla bağlı olaraq Krımda kanaldan su anbarlarına aktiv şəkildə su vurulur.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov deyib.

O, kanalda suyun səviyyəsinin hələ düşmədiyini, lakin zaman keçdikcə dayazlaşacağına aydınlıq gətirib. Yarmadada olan anbarlara suyun vurulması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, iyunun 6-da Kaxovka SES-də baş verən partlayışdan sonra Şimali Krım kanalında 40 milyon kubmetrə yaxın su olub. Aksyonov vurğulayıb ki, Krımda su anbarları 80% doludur, kifayət qədər içməli su var.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR