İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kremlin pul kisəsi”nin meneceri Dövlət Dumasının deputatı çıxdı

Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Tsed “Putinin pul kisəsi” adlanan bir müəssisəni idarə edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” portalı məlumat yayıb. Söhbət Cənubi Kiprdəki “Ermira Consultants şirkətinin Rusiya bölməsi “Platinum” firmasından gedir.

“Proyekt” Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin üzvü Nikolay Tsedi “Rotenberqin adamı” adlandırır. Nikolay Tsed Putinin “Ermira” ilə bağlantılı bir dostunun şirkətlərində çalışıb. O, Rusiya prezidentinin uşaqlıq dostu, oliqarx Arkadi Rotenberqin elmi rəhbəri olub, elmi monoqrafiyasının hazırlanmasında iştirak edib.

2021-ci ildə Nikolay Tsed Sankt-Peterburq Hapkido əlbəyaxa döyüş Federasiyasının prezidenti seçilib. Onun həmtəsisçilərindən biri Putinin və Rotenberqin döyüş sənətləri üzrə tərəfdaşı Demid Momotdur. Tsed Peterburqun siyasi dairələri ilə də sıx bağlıdır və 8 il şəhərin Primorski rayonunun rəhbəri olub.

Cənubi Kipr firması “Ermira Consultants” ofşor şirkət sayılır və onun vasitəsilə Putinin maraqlarına uyğun müxtəlif maliyyə, əmlak əməliyyatları aparılır. Məhz həmin şirkət və onun törəmə şirkətləri vasitəsilə Alina Kabayevanın Soçidəki yarım milyardlıq penthausu və Gəlincik şəhəri yaxınlığındakı saray da daxil olmaqla bahalı daşınmaz əmlaklar alınıb.

2004-cü ildə Putinin ikinci prezidentlik müddətinin başlanğıcında “Ermira Consultant”ın Rusiyadakı törəmə şirkəti Platinum meydana çıxıb. “Platinum” vasitəsilə “Qazprom” və “Rossiya Bank”ın da səhmləri alınıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR