Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski "The Guardian"a müsahibəsində qondarma İstanbul razılaşmalarını müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Onun sözlərinə görə, bəhs edilən "müqavilələr" əslində Rusiyanın ultimatumundan başqa bir şey olmayıb, lakin Ukrayna onlarla razılaşmayıb.
"Amma Putinin Türkiyə və bu görüşlərlə bağlı hekayələri çox xoşuna gəlir. Diqqət etsəniz, işğaldan əvvəl də o, eyni şeyi söyləyirdi... Diqqət edin və eyni şeyi neçə dəfə dediyini təhlil edin: "Biz yalnız Minsk (Minsk müqavilələri) əsasında danışmağa hazırıq, biz sülhə hazırıq, biz Minsklə də eyni şeyi istəyirik".
Yəni o, 80-ci illərin süni intellekti, köhnə model kimi danışır, eyni metodologiyanı təkrarlayır", - deyə Zelenski qeyd edib.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ