İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti Aİ ilə bağlı prosesə səs verdi

Ermənistan parlamenti bu gün keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Musavat.com bildirir ki, layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.

Onun təşəbbüskarı 2 ay ərzində 60 min imza toplaya bilmiş (qanunla tələb olunan 50 min imza ilə) “Demokratik Qüvvələrin Platforması” vətəndaş təşəbbüsüdür. Layihənin baxılmaq üçün parlamentə təqdim edilməsi üçün bu imzalar lazım idi.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR