İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmidə Rüstəmova işdən çıxdı

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova teatrdakı fəaliyyətini dayandırıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Həmidə Rüstəmova sosial şəbəkə hesabında məlumat verib.

"İstəməsəm də, qərar vermək məcburiyyətində qaldım. İllərdir Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzeti ilə paralel, Azərbaycan Dövlət Kukla Teatrında da çalışırdım. Qəzet rəhbərliyi teatrdakı işimi əsas gətirərək redaksiyada aparılacaq ixtisar siyahısında mənim də adımın olduğunu bildirdi. Mən də seçim etmək məcburiyyətində qaldım. Doğma evimə, ocağıma çevrilmiş Azərbaycan Dövlət Kukla Teatrı ilə yollarımı ayırdım", - o qeyd edib.

Qeyd edək ki, Həmidə Rüstəmova 11 il Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR