Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri Rusiyanın nüvə doktrinasına heç bir təsir göstərə bilməz.
"Təhlükəsizlik məsələsinə gəlincə, ABŞ-da hansısa prezidentin seçilməsi bizim nüvə doktrinamıza necə təsir edə bilər? Heç cür. Biz həmişə müttəfiqlərimizin, qonşularımızın – o cümlədən Qazaxıstan və Belarusun – təhlükəsizliyini vahid sistem çərçivəsində təmin etmişik və bunu bütün rəsmi sənədlərlə təsdiqləmişik. Biz bu barədə həmişə açıq danışmışıq və heç vaxt gizlətməmişik”, – deyə Şoyqu vurğulayıb.
Musavat.com-un məlumatına görə o həmçinin əlavə edib ki, Rusiya-Qazaxıstan münasibətləri ABŞ-dakı seçkilərdən asılı ola bilməz, çünki bu əlaqələr dərin tarixi köklərə malikdir:
"Bizim ümumi tariximiz, ümumi həyatımız və dünyanın ən uzun quru sərhədlərindən biri – 7 mindən kilometrdən çox sərhədimiz var”.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ