Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci prezidenti Levon Köçəryanın oğlu saxlanılıb.
Musavat.com-un məlumatına görə, bu barədə vəkil Aleksandr Qoçubayev öz Facebook səhifəsində yazıb.
“Saat 12:00-da (22 sentyabrda-M.) polis əməkdaşları Levon Köçəryanı şiddətlə döyərək nəzarətə götürüblər. Köçəryanın işgəncə cinayəti ilə bağlı hesabat təqdim etmişik.
Həbs qərarında deyilir ki, Köçəryana işgəncə verən polislər onun dörd qırmızı beret döydüyünü bildiriblər. Bu cəfəngiyyat əsasında cinayət işi başlanıb. Bu, hüquqi xaosdur. Köçəryan təslim olmamağa və mübarizəni davam etdirməyə çağırıb”, vəkil yazıb.
Musavat.com
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ