Onlayn ictimai-siyasi qəzet
Rio-de –Janeyroda toplaşan BRİKS ölkələrinin xarici işlər nazirləri Suriyanın yeni hakimiyyətinə qarşı yönəlmiş bəyanatla çıxış ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bəyanatda Suriyadan Yaxın Şərqin digər ölkələrinə də yayılan terror təhlükəsi barədə xəbərdarlıq ediblər.
Nazirlər “İslam Dövləti” və “Əl-Qaidə” terror qruplaşmalarının Suriyadakı qollarının “terror fəaliyyətini davam etdirməsini” pisləyiblər. Onlar “Suriya ərazisində xarici terrorçuların mövcudluğundan yaranan təhlükədən”, həmçinin “terrorçuların Suriyadan region ölkələrinə yayılma riskindən” danışıblar. Nazirlər hesab edirlər ki, Suriya hakimiyyəti “terrorizm və ekstremizmin bütün formalarına qətiyyətlə qarşı çıxmalıdır”.
Nazirlər həmçinin “Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliklərini” təsdiqləyiblər və heç bir ayrı-seçkilik olmadan respublikanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün BMT-nin himayəsi altında “inklüziv siyasi prosesin” keçirilməsinə çağırıblar.
Onlar ayyarım əvvəl Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərində keçirilən etiraz aksiyaları zamanı “dinc əhalinin” öldürülməsini pisləməyə də vaxt tapıblar: “Nazirlər martın 6-dan bəri Suriyanın Latakiya və Tartus əyalətlərində törədilən geniş zorakılığı, o cümlədən Ələvi icmasından olan mülki şəxslərin öldürülməsini pisləyiblər”.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ