İnsanlara hürriyət, millətlərə istiqlal!

Kikboksçu Bəhram Rəcəbzadə “GLORY 87”nin qalibi olub

Kikboksçu Bəhram Rəcəbzadə “GLORY 87”nin qalibi olub.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyev öz “Facebook” hesabında yazaraq, qazandığı qələbə münasibətilə Bəhram Rəcəbzadəni təbrik edib.

Belə ki, 19.08.2023-cü il tarixdə Hollandiyanın Rotterdam şəhərində keçirilən, dünyanın ən nüfuzlu kikboksinq təşkilatlarından biri olan “Glory 87”-də peşəkarlar arasında keçirilən döyüşün qalibi Bəhram Rəcəbzadə qalib olub. Azərbaycan Kikboksinq Federasiyasının idmançısı Bəhram Rəcəbzadə 91 kq-dan yuxarı çəkidə qarşılaşdığı rəqibi Uku Jurjednalı məğlub edərək, inamlı qələbə qazanıb.

Qazandığı qələbə ilə Bəhram Rəcəbzadə “GLORY” təşkilatının mütləq çəkidə möhtəşəm 8-lik turnirinə vəsiqəni təmin edərək, bu nüfuzlu yarıda iştiraka haqq qazanıb. Bəhrama və bütün idmançılarımıza növbəti yarışlarda uğurlar arzulayırıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR