İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il büdcənin hansı xərclərinə nə qədər qənaət edilib?

Yanvarın 30-da keçirilən geniş kollegiya iclasında maliyyə naziri Samir Şərifov işğaldan azad olunan ərazilərin bərpasına yönəldilən vəsaitlərin həcmini açıqlayıb. Onun verdiyi məlumatdan aydın oldu ki, Qarabağda aparılan bərpa işləri üçün proqnozda nəzərdə tutulan 2 milyard 670 milyon manat əvəzinə faktiki olaraq 61 faiz çox – 4 milyard 315 milyon manat xərclənib.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, beləliklə 2022-ci ildə büdcənin təxminən 14 faizi ərazilərin bərpasına yönəldilib. Bəs artıq vəsaitlər haradan alınıb? Ekspert mənbələri göstərir: “Büdcənin faktiki cəmi xərcləri (32.3 milyard manat) proqnozdan cəmi 240 milyon manat çox olub. Bu halda sual yaranır ki, əgər ümümi faktiki xərcləmələr proqnozdan 240 milyon manat çox olubsa, ərazilərin bərpası üçün əlavə 1.4 milyard manatın mənbəyi nədir? Təbii ki, qənaət. İl ərzində funksional bölmələr üzrə 1.4 milyard manatdan artıq vəsaitə qənaət olunub və "Büdcə sistemi haqqında" Qanunun 19.6-cı maddəsinə əsasən dövlət büdcəsinin ehtiyat fondu vasitəsilə Qarabağda bərpa layihələrinə yönəldilib. Nəticədə ehtiyat fondları üçün təsdiqlənən məbləğ faktiki icra mərhələsində 3 dəfədən çox artıb və 1.975 milyard manata çatıb.

Qənaətin ayrı-ayrı funksional bölmələr üzrə məbləği aşağıdakı kimidir: Səhiyyə xərcləri üzrə - 291 milyon manat, sosial müdafiə xərcləri üzrə 265 milyon manat, ümumdövlət xidməti xərcləri üzrə 256 milyon manat, təhsil üzrə 190 milyon manat, müdafiə üzrə 189 milyon manat, məhkəmə və hüquq-mühafizə üzrə 115 milyon manat.

Real büdcə islahatlarının baş verdiyi, xüsusən nəticə əsaslı proqram büdcəyə keçidin tam təmin edildiyi, BVF-nin maliyyə statistikasına uyğun funksional təsnifatın tətbiq edildiyi şəraitdə maliyyə ili içərisində büdcə xərclərinin strukturunda bu cür kəskin dəyişiklər etmək imkanı xeyli dərəcədə məhdud olur. Bu səbəbdən rəsmi bəyanatlara, hətta bu istiqamətdə müəyyən real addımlara baxmayaraq, yaxın illərdə Azərbaycanda nəticə əsaslı proqram büdcə sisteminin yaradılması baxımından çox bədbinəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR