İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaxovka DƏHŞƏTİ: 27 itkin var

Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukraynanın daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

DİN-in məlumatına görə, Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir. 2 620 nəfər təxliyə edilib, onlardan 160-sı uşaqdır.

Rusiya tərəfinin açdığı atəşlər nəticəsində 11 ukraynalı yaralanıb, 4 nəfər ölüb.

Nikolayev vilayətində 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. 1 nəfər ölüb.

Dnepropetrovsk vilayətində 26 yaşayış məntəqəsində 89 mindən çox abunəçi susuz qalıb. İçməli və texniki su təchizatı təmin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR