İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadadan geri addım - Trampın təhdidindən sonra ABŞ üçün vergini ləğv etdi

Kanada ABŞ ilə ticarət müqaviləsi bağlamaq üçün böyük texnologiya şirkətləri üçün yeni rəqəmsal xidmətlər vergisini ləğv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kanadanın maliyyə və gəlir naziri Fransua-Filip Şampan bildirib.

Əvvəlcə verginin iyunun 30-da qüvvəyə minməsi və 2022-ci ildə Kanada istifadəçilərinə təqdim olunan rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərdən geriyə tətbiq edilməli idi. Vergi illik gəlirləri 15 milyon dollardan çox olan şirkətlərə şamil ediləcəkdi.

Bununla belə, iyunun 28-də Donald Tramp Kanada ilə ticarət danışıqlarının bitdiyini elan edərək vergini ABŞ-a “birbaşa və həyasız hücum” adlandırıb. Buna cavab olaraq, Kanadanın baş naziri Mark Karni və Tramp verginin ləğv edilməsi şərti ilə dialoqu bərpa etməyə razılaşıblar - tərəflər iyulun 21-nə kimi saziş üzrə razılığa gəlməyi gözləyirlər.

“Bu qərara əsasən, baş nazir Karni və prezident Tramp tərəflərin 2025-ci il iyulun 21-dək razılığa gəlmək məqsədilə danışıqları bərpa edəcəkləri barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Əvvəllər nazir verginin danışıqlardan asılı olmayaraq tətbiq ediləcəyini israr etsə də, Ottavanın mövqeyi ABŞ tərəfindən sövdələşmənin pozulması təhlükəsi barədə təhdidindən sonra dəyişib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR