İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.

Azərbaycan Prezident Administrasiyasından Day.az-a bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul edəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəzada 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Təyyarənin Qroznı səmasında Rusiya HHM sistemi vasitəsilə vurulduğu üzə çıxıb. Rusiya səlahiyyətliləri zədələnmiş təyyarənin enişinə icazə verməyərək, onu Aktauya istiqamətləndirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR