Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda “Krasnodar”da çıxış edən Kedi Borges Rusiya klubunda xoşbəxtdir və bu ölkədə çempionluq sevinci yaşamağı arzulayır.
Fanat.Az xəbər verir ki, braziliyalının agenti Helsio Roberto Alisk bu barədə "Metaratings"ə açıqlamasında deyib.
"Kadi Rusiyaya gəldiyinə görə məyusdur? Yox, siz nə danışırsınız? O, Krasnodarda hər anından həzz alır. Bu, çox gözəl stadionu və futbol oynamaq üçün gözəl şəraiti olan böyük klubdur. Kadi "Krasnodar"la çempion olmaq istəyir. Düşünürəm ki, bu mövsüm bu baş verə bilər"
Qeyd edək ki, Kadi Borges bu mövsüm bütün turnirlərdə sözügedən klubun heyətində cəmi 5 oyuna çıxıb və bir qol vurub. O, zədəyə görə bir müddət futbolsuz qalıb. "Krasnodar" hazırda 12 xalla Rusiya Premyer Liqasının lideridir.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ