Onlayn ictimai-siyasi qəzet
Hazırda Ukraynada 26 mindən çox itkin düşmüş şəxs axtarışdadır.
Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib.
Nazir müavininin sözlərinə görə, onlardan 11 mini mülki, 15 mini hərbçidir.
O qeyd edib ki, hər bir itkin düşmüş şəxs haqqında məlumat qeydə alınır və reyestr aparılır.
Timçenko aydınlaşdırıb ki, bu günə qədər təxminən 9 min ailə itkin düşmüş şəxslərin vahid reyestrindən çıxarışlar alıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ