İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tutulan ata ilə oğulun ŞOK əməli üzə çıxdı - VİDEO

Narkotik maddələr satan ata və oğlu ifşa edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Musavat.com-a verilən məlumata görə, onlar narkotikləri soyuducuda saxlayıblar.

Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR