İnsanlara hürriyət, millətlərə istiqlal!

İran qalıb qıraqda, ABŞ Avropa ilə uran davası aparır

İranın yüksək zənginləşdirilmiş uranı Fordo nüvə obyektindən mümkün hücumdan əvvəl çıxarması ilə bağlı ciddi beynəlxalq gərginlik yaşanır.

Musavat.com xəbər verir ki, “Financial Times” Avropa İttifaqı mənbələrinə istinadla yazır: Aİ hesab edir ki, İran ABŞ və İsrailin hava hücumlarından əvvəl nüvə proqramını qorumaq üçün Fordodan uranı çıxarıb və təhlükəsiz yerə köçürüb.

Avropalı diplomatlar Tehranın əvvəlcədən hazırlıqlı olduğunu və bu addımın nüvə proqramını tam sıradan çıxmamaq üçün atıldığını bildirirlər.

ABŞ: “Sübutumuz yoxdur”

ABŞ müdafiə naziri Pit Heqset isə məsələ ilə bağlı fərqli mövqe sərgiləyib. O, CNN-ə açıqlamasında deyib:

“İranın uranı çıxardığına dair əlimizdə sübut yoxdur. Belə bir məlumatı rəsmi şəkildə təsdiq edə bilmərik”.

Bu, Aİ ilə ABŞ arasında İranın nüvə dosyesi ilə bağlı təhlükə qiymətləndirməsində fikir ayrılığını bir daha ortaya qoyub.

İran tərəfi isə bu barədə Fordonun bombalanmasından dərhal sonra açıq mövqe sərgiləyib. Rəsmilər dəfələrlə bildiriblər ki, zənginləşdirilmiş uran ehtiyatları əvvəlcədən təhlükəsiz zonalara köçürülüb, çünki “proqramın strateji davamlılığı hərbi təhlükəyə qarşı sığortalanmalı idi”.

İran hökumətinə yaxın mənbələr iddia edir ki, Fordo və digər obyektlərə endirilən zərbələr heç bir əsas elementə toxunmayıb, çünki “proqramın kritik hissəsi çoxdan başqa yerdədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR