İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın adamı Türkiyəyə bu mesajı göndərdi - VİDEO

Ermənistan-Türkiyə münasibətlərində “konstruktiv mərhələ” – İrəvanın Ankaraya ismarışı

Ermənistan baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri “müsbət atmosferdə” keçib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bəyanat verib.

O bildirib ki, səfər zamanı Ermənistan-Türkiyə ikitərəfli münasibətləri ilə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərqdəki regional məsələlər də müzakirə olunub.

“Ermənistan və Türkiyənin bir sıra məsələlər üzrə mövqeləri kifayət qədər yaxın olaraq qiymətləndirildi”, - deyə Vahan Kostanyan deyib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması ilə bağlı razılaşma qüvvədə qalır və bu istiqamətdə işlərin davam etdirilməsi vacib hesab olunur.

Kostanyan həmçinin qeyd edib ki, hər iki tərəf regional kommunikasiyaların açılmasına böyük önəm verir:

“Əlbəttə ki, Ermənistanın “Sülh çarpazı” (Перекрёсток мира) adlı layihəsi təqdim olundu və Türkiyə tərəfi Ermənistanın bu məsələyə yanaşmasını konstruktiv sayır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR