İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç parlamentinin deputatından iranlı qadınlara dəstək- Çıxışı zamanı saçını kəsdi (VİDEO)

İsveç parlamentinin deputatı Abir əs-Səhlani çıxışı zamanı İranda 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan etirazlarla həmrəyliyinin ifadəsi olaraq saçını kəsib.

Azpost.info xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

“İran qadınları azad olana qədər biz sizinlə birlikdə olacağıq”, – İraq əsilli deputat deyib.

Sonra o, qayçı götürərək “Qadın, Həyat, Azadlıq!” şüarı altında saçını kəsib.

Qeyd edək ki, bu, iranlı qadınların etirazlar zamanı istifadə etdikləri şüardır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR