İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail kəşfiyyatı Tehranın mümkün cavabından ehtiyat edir

İsrailin təhlükəsizlik xidmətləri İranın hərbi təyinatlı obyektlərinə dron hücumlarına rəsmi Tehranın mümkün cavabını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə Times of Israel qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, İslam Respublikasının israilli turistləri, rəsmiləri və xaricdəki səfirlikləri hədəfə alması” istisna edilmir.

Bundan əvvəl IRNA agentliyi İranın Müdafiə Nazirliyinə istinadən məlumat vermişdi ki, şənbə günü axşam İranın mərkəzi İsfahan əyalətində kiçik pilotsuz təyyarələrin hücumu nəticəsində ölkənin Müdafiə Nazirliyinin hərbi sənaye kompleksində partlayış baş verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR