İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İrəvandakı səfiri öncəgörənliyə başlayıb

Zəngəzur dəhlizi ilə bağlı arzu və xəyallar heç vaxt reallığa çevrilməyəcək.

Musavat.com xəbər verir ki, bu fikirləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani sentyabrın 6-da jurnalistlərlə söhbətində səsləndirib.

Səfir deyib ki, İran kommunikasiyaların açılmasının əleyhinə deyil: “Kommunikasiyaların açılması ilə bağlı mövqeyimiz çox aydın və bəllidir. Biz onların açılmasının əleyhinə deyilik, amma əminəm ki, bu proses çərçivəsində bütün tədbirlər milli və dövlət suverenliyi çərçivəsində həyata keçirilməlidir”.

Ermənistanın yollarına üçüncü dövlətlər tərəfindən nəzarət edilməsinə gəlincə, səfir xatırladıb ki, Ermənistan hökuməti bu məsələdə öz mövqeyini çox aydın ifadə edib: “Tam nəzarət Ermənistan hökumətinin əlində və Ermənistanın suverenliyi çərçivəsində olmalıdır. Bu 19-cu əsr deyil, biz 21-ci əsrdə yaşayırıq. Ölkələr müstəqillik və suverenliyə malikdirlər və bu hüquqdan istifadə edirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR