İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda silahlı motosikletçilər etirazçıların üstünə cumur -VİDEO

Üç həftədən bəridir İranda 22 yaşlı qız Məhsa Əmininin əxlaq polisi tərəfindən həbs edilərək öldürülməsinə görə başlayan etiraz aksiyaları səngimək bilmir. Ciddi qarşıdurma və toqquşmalarla müşayiət olunan aksiyaları yatırtmaq, kor-təbii xalq üsyanını ram etmək üçün İran rəsmiləri zor tətbiq etməkdən çəkinmirlər.

İrana dair xəbərlər və videolar paylaşan Teleqram kanallarında hər gün dinc insanlara qarşı baş verən zorakılıq halları barədə videokadrlar yayılır. Onlardan biri də aşağıda təqdim etdiyimiz kadrlardır. Videoda görünür ki, paytaxt Tehranda təpədən dırnağa qədər silahlı, xüsusi geyimdə, dəbilqədə olan cəza dəstələri motosikletlərlə küçələrdə hərəkət edərək insanları odlu silahla qorxudub dağıtmağa çalışırlar. 

Atəş açan silahların bəzilərinin real döyüş güllələri atdığı güman edilir. Hər halda mülki insanların qışqırığı, ah-naləsi göstərir ki, zorakılıq bəzi hallarda faciəyə səbəb olur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR