İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı MÜNAQİŞƏ

İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşündə beynəlxalq səviyyədə tanınmış sərhədlərdə hər hansı dəyişiklik və Cənubi Qafqazda geosiyasi status-kvonun əleyhinə çıxış edib.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalının məlumatına görə, İran Rusiya səfirini Moskvanın bu yaxınlarda Naxçıvanı Ermənistan ərazisindən Azərbaycanın digər hissəsi ilə birləşdirəcək dəhliz layihəsini dəstəkləməsi ilə əlaqədar çağırıb.

İRNA qeyd edib ki, Dəmirçilu sentyabrın 2-də Dedov ilə görüşdə “bölgədəki bütün ölkələrin maraqlarını və qanuni narahatlıqlarını nəzərə almağın zəruriliyini vurğulayıb”.

İyulun 30-da Tehranda İranın ali dini lideri Əli Xamnei Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, İran Zəngəzur dəhlizini “Ermənistana zərər” hesab edir və bu mövqedən çıxış etməkdə davam edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da bildirib ki, İrəvan Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalar haqqında sazişi sabotaj edir.

Avqustun 20-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Rusiya XİN rəhbərinin bəyanatını şərh edərək qeyd edib ki, bu, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında konstruktiv iştirakını şübhə altına alır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR