İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezident Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi... - Açıqlama

İranın Silahlı Qüvvələrinin Baş Qərargah bildirib ki, İran prezidenti ilə helikopterin qəzaya uğramasına səbəb dağla toqquşmaya səbəb olan qalın duman olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onlar hava maşınınının marşrutdan kənara çıxması və xarici hücum variantını istisna ediblər.

Baş qərargah bildirib ki, İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi “bölgənin çətin iqlim və atmosfer şəraiti”, o cümlədən qəfil qalın dumanın əmələ gəlməsi olub. Onun açıqlamasını “Mehr” agentliyi yayıb.

Mütəxəssislər helikopterin alındığı andan qəzaya uğramasına qədər yerinə yetirilmiş missiyalar, texniki xidmət və təmir işləri ilə bağlı sənədləri araşdırıblar. Onlar həmçinin elektron avadanlıqları sınaqdan keçiriblər; heç bir nasazlıq qeydə alınmayıb.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopter İranın şimal-qərbində qəzaya uğrayıb.

Bir gün sonra İran hakimiyyəti prezidentin və onun nümayəndə heyətinin təyyarə qəzasında öldüyünü təsdiqləyib. Helikopterdə 8 səkkiz nəfər ölüb. Onların arasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan, Şərqi Azərbaycan vilayətinin rəhbəri Malik Rəhməti də olub.

Rəisinin ölümündən sonra növbədənkənar seçkilər təyin olunub və bu seçkilərdə islahatçı namizəd Məsud Pezeşkian qalib gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR