Onlayn ictimai-siyasi qəzet
"Apple" növbəti smartfonlar seriyası olan "iPhone 16"nın istehsalına başlamağı planlaşdırır.
Bu barədə Çinin CNMO nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ korporasiyası artıq "iPhone 16"nın ilkin prototipini yaradıb və artıq nümunəni sınaqdan keçirib. "Apple" həmçinin dekabrın əvvəlində Çinin Çenqdu şəhərində digər smartfon prototiplərinin yaradılacağı istehsal xəttini də qurub.
İnsayderlər, 2024-cü ilin əvvəlindən "Apple"ın istehsal həcmini tədricən artıracağına dair məlumatları açıqlayıb. Belə ki, mart və aprel aylarında korporasiya komponent tədarükçüləri ilə razılığa gəlmək və qadcetlərin istehsalını təşkil etmək niyyətindədir. Tipik olaraq, yeni "Apple" smartfonlarının geniş istehsalı yayda başlayır.
Materialda deyilir ki, yeni seriya dörd modeldən - "iPhone 16", "iPhone 16 Plus2, 2iPhone 16 Pro" və "iPhone 16 Pro Max"an ibarət olacaq.
İnsayderlərin sözlərinə görə, modellər çərçivəsiz dizaynla yanaşı, smartfonları daha güclü, nazik və yüngülləşdirən yeni materiallar əldə edəcək. Bundan əlavə, "Apple" top modellərdə titan korpusunu təkmilləşdirmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın əvvəlində Apple "iPhone 15 Pro" və "15 Pro Max" smartfonlarının həddindən artıq istiləşməsini aradan qaldırmalı olan iOS yeniləməsini təqdim edib. Cihaz istifadəçiləri daha əvvəl cihazların qızmasının artması ilə bağlı şikayət etmişdilər. (Publika.az)
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ