İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Putini DƏLİ ETDİ: Starmet HƏRƏKƏTƏ KEÇDİ, son qərar AÇIQLANDI – GƏRGİNLİK PİK HƏDDƏ!

İngiltərənin Baş naziri Kir Starmer Britaniya parlamentində təhlükəsizlik və müdafiə xərcləri ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Starmer ölkəsinin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5%-nə qədər artıracağını açıqlayıb.

O, çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunaraq Rusiyanın Britaniyanın milli təhlükəsizliyinə təhdid olduğunu bildirib:

“Britaniya xalqı müharibənin təsirini qiymətlərin artması ilə hiss etdi. Rusiya sularımızda, hava məkanımızda və küçələrimizdə təhlükədir. Ukrayna Putindən lazımi şəkildə qorunmadığı müddətcə, Avropa daha da qeyri-sabitləşəcək və bu, bizə daha çox zərər verəcək. Həmçinin, tariximizin böyük dərsi odur ki, Putin kimi tiranlar ancaq gücə cavab verirlər. Britaniya yeni qlobal dövrlə birlik içində və güclü şəkildə üzləşməlidir”.

O qeyd edib ki, bu dövrlər vahid Britaniya və təhlükəsizliyi təmin etmək üçün ölkəsinin bütün resurslarının səfərbər edilməsini tələb edir.

"Ümumi daxili məhsulun 2,5 faizini müdafiəyə xərcləmə öhdəliyimizi yerinə yetirəcəyik, ancaq 2027-ci ildə bu səviyyəyə çatacağıq”, - deyə baş nazir qeyd edib.
Qərbin müdafiə xərcləri baxımından daha da irəli getməli olduğunu vurğulayan Starmer, iqtisadi və maliyyə şərtlərindən asılı olaraq gələcəkdə müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmaq planlarını da açıqlayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız AXP sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR