İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidəki qəzada xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib

İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb.

Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.

Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR