Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp İlon Mask və ya Larri Ellison kimi milyarderlərin TikTok-u ABŞ hökuməti ilə birgə müəssisə formasında satın almasını dəstəkləməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Tramp təklif edib ki, alıcı şirkətin 50% səhmini ABŞ dövlətinə təhvil versin və bunun qarşılığında razılaşmanın həyata keçirilməsinə icazə verilsin. O xəbərdarlıq edib ki, əgər sosial şəbəkə satılmasa, yenidən bloklanma təhlükəsi ilə üzləşəcək.
"Razılaşma bağlamaq hüququm var. Ona görə də düşünürəm ki, kiməsə deyə bilərəm: bunu alın və 50%-ni ABŞ-a verin, biz də sizə icazə verək. Beləliklə, siz əla tərəfdaş əldə edəcəksiniz," — deyə Tramp vurğulayıb.
Bu təklif həm iqtisadi, həm də siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. TikTok-un ABŞ-da fəaliyyəti ilə bağlı bu cür addımın Çinlə münasibətlərə necə təsir edəcəyi və platformanın gələcəkdə necə idarə olunacağı məsələləri açıq olaraq qalır.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ