İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin tanrı elan edilməsini təklif etdi - tutuldu

“Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi tərəfindən ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevə tanrı statusu verilməsini təklif edən və bunun Konstitusiyada təsbit edilməsi” barədə ironik xəbər yayan Kaznews24 satirik ictimai səhifəsinin müəllifi Temirlan Ensebek növbəti dəfə həbs olunub.

Bundan sonra Qazaxstanda “Satira cinayət deyil” trasporantları ilə təkadamlıq piketlər keçirilib. Almatı və Kostanay məhkəmələri Temirlan Ensebekə dəstək üçün keçirilən piketdə saxlanılan fəalları cərimələyib. Temirlan Ensebek etnik ədavətin qızışdırılması ittihamı ilə 2 ay müddətinə həbs edilib. Onu cərimə və ya 7 ilədək həbs cəzası gözləyir.

Almatı və Kostanayda yerli fəallar Sergey Zinçenko və Akmaral Cakibayevaya qarşı da məhkəmə prosesi keçirilib.

Musavat.com “Vlast”a istinadən xəbər verir ki, məhkəmə həbsdə olan bloger Temirlan Ensebekə dəstək piketinə görə onların hər ikisini 196 min tenge (375 dollar) cərimələyib.

Zinçenko həmin gün səhər saatlarında Kostanay polisi tərəfindən saxlanılıb. Fəal Qazax Dram Teatrının binası yaxınlığında keçirilən etiraz aksiyasına gedib. Fəalın gödəkçəsində “Satira cinayət deyil” yazısı olub. Piketin başlamasından 5 dəqiqə sonra o, saxlanılıb.

Bir neçə saat sonra Almatıda Ensebekə dəstək piketi keçirilib. Aksiyaya fəal Akmaral Cakibayeva gəlib və o da saxlanılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR