İnsanlara hürriyət, millətlərə istiqlal!

Panama BMT-yə Trampın təhdidləri ilə bağlı şikayət etdi  

Panama hakimiyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Panama kanalı ilə bağlı təhdidlərinə görə Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şikayət göndərib.

Musavat.com xəbər verir ki, Tramp bazar ertəsi prezident vəzifəsinə başlamasından sonra etdiyi çıxışda Panamanın kanalın idarəçiliyində üzərinə düşən vəzifələri düzgün yerinə yetirmədiyini iddia edib və ABŞ-ın kanal üzərində nəzarəti bərpa edəcəyini bəyan edib. O, daha əvvəl də Panama kanalını yenidən ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu və hətta buna nail olmaq üçün güc tətbiqini istisna etmədiyini vurğulamışdı.

Panama prezidenti Xose Raul Mulino isə öz növbəsində ölkəsinin suverenliyini qoruyacağını bəyan edib. O, Panama kanalının mülkiyyət hüququnun və idarəçiliyinin Panamaya məxsus olaraq qalacağını bildirib.

Bu məsələ beynəlxalq səviyyədə ciddi rezonansa səbəb olub. Panama tərəfi hesab edir ki, Trampın bu cür bəyanatları ölkənin suverenliyinə və beynəlxalq hüquqa ziddir. Panama kanalı dünya ticarəti üçün strateji əhəmiyyət daşıdığı üçün bu mövzu BMT-də müzakirələrin mərkəzində olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR