İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask övladının onunla əlaqəsini kəsməsində kommunistləri günahlandırdı

Dünyanın ən varlı adamı İlon Mask Britaniyanın “Financial Times” qəzetinə ilginc açıqlama verib.

Musavat.com xəbər verir ki, Elon Musk övladının onunla münasibətini kəsməkdə, adını və cinsini dəyişməkdə məktəblərdəki marksist müəllimləri günahlandırıb.

Keçən il adını və cinsini dəyişdirmək üçün müraciət edən 19 yaşlı oğlu haqqında danışan Mask, övladının heç bir münasibət qurmaq istəmədiyini və daha onunla yaşamayacağını izah edib. İlon Mask elit məktəblərin və universitetlər neomarksistlər tərəfindən ələ keçirildiyi üçün məktəblərdə kommunizm tədris olunduğunu bildirib.

210 milyard dollarlıq sərvəti olan Mask ABŞ məktəblərində solçu təsirlərin olduğuna vurğu edib. Digər övladları ilə münasibətlərinin çox yaxşı olduğunu bildirən İlon Musk, "Onların hamısını qazana bilməzsən", -deyə bildirib.

Qeyd edək ki, ilk həyat yoldaşı Justine Wilson ilə evliliyindən olan oğlu Xavier Alexander Musk, keçən il qadın kimi tanınmaq istədiyini bildirmiş və adını Vivian Jenna Wilson olaraq dəyişdirdiyini açıqlayaraq məhkəməyə müraciət etmişdi.

Məlumat üçün onu da bildirək ki, İlon Maskın sərvəti də ilin əvvəlindən 60 milyard dollar azalaraq 210 milyard dollara düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR