İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Almaniyaya rəsmi səfəri Moldova mətbuatında geniş işıqlandırılıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri Moldova mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilənməlumata görə, Moldovanın aparıcı Point.md və Noi.md xəbər saytlarında dövlət başçımızın Almaniyaya səfəri ilə bağlı silsilə məqələlər dərc olunub.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanma prosesi, rəsmi Brüsselin sülh gündəliyini dəstəklədiyi barədə söylədikləri öz əksini tapıb. Həmçinin, dərc edilən yazılarda Frank-Valter Ştaynmayerin sözlərinə istinadən Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi qeyd olunub.

Eyni zamanda, yayımlanan xəbərlərdə Almaniya Kansleri Olaf Şoltsun Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söylədikləri fikirlər dərc edilib. Məqalələrdə Almaniya Kanslerinin Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı gözləntiləri, ölkəmizin həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş olması və bərpaolunan enerji sahəsində əməkdaşlıq barədə söylədikləri dərc olunub.

Xəbərlər ilə aşağıdakı linklərdən daha ətraflı tanış olmaq mümkündür.

https://point.md/ru/novosti/v-mire/aliev-azerbaidzhan-nadezhnyi-postavshchik-energii-v-evropu/

https://point.md/ru/novosti/v-mire/aliev-i-shtainmaier-vyrazili-doverie-missii-es-v-voprose-mira-s-armeniei/

https://point.md/ru/novosti/v-mire/shol-ts-konflikt-azerbaidzhana-i-armenii-vazhno-uregulirovat-mirnym-putem/

https://noi.md/ru/raznoe/aliev-mirnyj-dogovor-azerbajdzhana-s-armeniej-mozhet-byti-podpisan-na-osnove-pyati-principov

https://noi.md/ru/raznoe/sholic-vazhno-mirno-uregulirovati-konflikt-mezhdu-azerbajdzhanom-i-armeniej

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR