Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Donetsk vilayətinin Slavyansk şəhərində yaşayış binalarına endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yerli administrasiyanın məlumatına görə, yaralananlar arasında 2 və 13 yaşlı qızlar da var.
Hücum nəticəsində 6 hündürmərtəbəli binaya, bir müəssisəyə, bir inzibati binaya və iki avtomobilə ziyan dəyib. Donetsk vilayət prokurorluğunun məlumatına görə, ölən şəxsin 44 yaşı var və o, zərbə zamanı avtomobilində olub.
Rusiya hərbi aviasiyasının Xarkov şəhərinə aviazərbələri nəticəsində azı 11 nəfər yaralanıb. Bu barədə məlumatı “UNIAN“a şəhərin meri İqor Terexov verib yayıb. O, dağıntılar altında iki nəfərin qaldığını da açıqlayıb. Merin sözlərinə görə, hadisə nəticəsində şəhərdə genişmiqyaslı yanğın başlayıb.
Rusiya tərəfindən işğal olunmuş Krımda neft anbarında dron zərbələrindən sonra başlayan yanğın ikinci gündür davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, anbarlar bazar ertəsi gecə raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Rusiya hakimiyyəti yanğının səbəblərini açıqlamayıb, baş verənləri “hadisə” və “yanğın” adlandırıb.
Neft bazasına bitişik ərazilərdən mindən çox insan müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyə edilib.
Bu barədə şəhərin Rusiya tərəfindən təyin edilmiş rəhbəri İqor Tkaçenko məlumat verib. Onun sözlərinə görə, Feodosiyanın 1047 sakini yerli mehmanxana və pansionatlarda yerləşdirilib.
Peyk görüntülərindən görünür ki, oktyabrın 7-nə keçən gecə vurulan Feodosiya limanındakı neft anbarının ərazisində 2022-ci ilin payızından “Pantsir-S1” hava hücumundan müdafiə sistemi mövcuddur.
Bu HHM-lər daha əvvəl Tuapsedəki neft anbarının ərazisində və Rusiyanın digər mühüm infrastruktur obyektlərinin yaxınlığında quraşdırılıb.
Moskva vilayətində isə onlar Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığında yerləşdiriliblər. Görünür, “Pantsir -S1” hücumu dəfə edə bilməyib, HHM sistemlərinin özünün məhv olub-olmadığı məlum deyil.
Feodosiyada yanan neft anbarı Dəniz Neft Terminalı ASC-nin neft məhsullarının daşıma həcminə görə Krımda ən böyükdür.
2024-cü ilin martında anbar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb, sonra isə əsas yanacaq nəql edən boru kəməri zədələnib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə gündəmi dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ