İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam"

Musavat.com baku TV-yə istinadən bildirir ki, "Qapqara" verilişinin budəfəki qonağı aparıcı Fərid Rəsul olub. 17 yaşından televiziyada fəaliyyət göstərən aparıcı ona uğur qazandıran layihəsindən bəhs edib:

"Məni mən edən veriliş "İş həmişə var" olub. Bu işim mənim üçün bir növ həyat tərzinə çevrilmişdi. Düşündüm ki, bu layihəni həyata keçirmişəmsə, ondan aşağı səviyyəli iş görə bilmərəm. 2013-cü ildən 2020-ci ilə qədər davam edən veriliş həyatımı dəyişdi, hər şeyimi o layihəyə borcluyam. Çox çətin bir proqram idi. İndi də onun bənzəri yoxdur. Bu formatı çalışdığım kanalın rəhbərliyinə təqdim edəndə ilk başlarda mənə inanmamışdı. Bir neçə bölüm yayımlanandan sonra isə insanlar artıq məni tanıyır, "bu, zibillikdə veriliş çəkən oğlandır?" deyirdilər. Belə bir proqramın televiziyada reytinq toplaması ilə gördük ki, tamaşaçıya bu cür layihələr də maraqlıdır".

Fərid Rəsul həmçinin qarşılaşdığı çətinliklər haqqında da danışıb:

"İş həmişə var" verilişinin çəkildiyi ilk zamanlar kirayədə qalırdım. Artıq bundan bezmişdim. Düşünürdüm ki, nə olsa da, ipoteka ilə ev almalıyam. Bunun üçün yaşamağa başladım. Özümə dedim ki, elə verilişlər hazırlamalıyam ki, bu məqsədimə çata bilim. Zamanla yaxşı təkliflər, reklamlar gəlməyə başladı. Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam, orada yaşayıram".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR