İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aşka Sürgün"ün aktrisasından ŞOK ETİRAF: "Necati Şaşmazla 3 il ..."

Məşhur aktrisa Yasemin Öztürk etirafı ilə gündəmi silkələyib.

BAKU.WS xəbər verir ki, o ilk dəfə "Kurtlar vadisi" serialının aktyoru Necati Şaşmazla (Polat Alemdar) eşq yaşadığını bildirib. Cütlük 3 il sevgili olub:

"İstanbula gələndə əvvəl dublyajla məşğul oldum. Sonra dublayaja "Kurtlar Vadisi" serialında davam etdim. Erhan Ufukun (Güllü Erhan) sevgilisi "Agent Nina" obrazını səsləndirdim. Daha sonra mənə "Aşka Sürgün" serialında baş rola çəkilmək təklifi gəldi.

Bilsəydim elə "Kurtlar Vadisi"ndən ayrılmazdım. Necati Şaşmazla 3 il eşq yaşadıq. Sonda isə ayrılmaq məcburiyyətində qaldıq".

Xatırladaq ki, "Aşka Sürgün" serialı ilk dəfə 2005-ci ildə ekranlara gəlib.

Baş rollarda həm də Beren Saat və Mahsun Kırmızıgül çəkiliblər. Yasemin Öztürk serialda "Burcu" obrazına həyat verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR