Onlayn ictimai-siyasi qəzet
Ermənistanda bir neçə gün əvvəl ədliyyə naziri Qriqor Minasyanı devirməyə müvəffəq olmuş Andranik Köçəryanın başçılıq etdiyi deputat qrupu indi də İrəvan meri Tiqran Avinyanın ayağının altını qazımaqla məşğuldur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Fakt” qəzeti məlumat yayıb.
“Mənbələrimizin bildirdiyinə görə, bu “qrup” həm də hüquq-mühafizə orqanlarının rəhbərlərini, ilk növbədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı hədəfə alıb. Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda MTN direktoru istiqamətində informasiya reydləri başlayacaq. Digər mənbələr Paşinyanın partiyasındakı həmin qrupun və və onların lideri Andranik Köçəryanın daxili işlər naziri Vahe Qazaryana da qarşı hərəkətə keçdiyini bildirir”, - deyə qəzet qeyd edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ