İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiinhisarın internet tarifi ilə bağlı qərarının gecikməsinə ekspertdən İLGİNC reaksiya

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi. Bəs yekun qərar niyə gecikir?"

Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə qeyd edib.

2etmxdq8235ggdnlxnzj-1.jpg (29 KB)

Ekspert yeni formalaşmış Antiinhisarın məlum qərarı ləğv etdirib, internet tariflərilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəyinin sual altında olduğunu deyib:

"Məlum olduğu kimi Antiinhisar bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi. Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib.

Təbii inhisarçı olan Aztelekom minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb. Anlamıram ki, Antiinhisara qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi? İlin günün bu vaxtında , uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi, "şərikli internet" axtarması utandırıcı bir vəziyyət deyilmi? Yox əgər, Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR