Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan hökuməti AES-in tikintisi ilə bağlı icraçı seçərkən sanksiya risklərini nəzərə alacaq.
Musavat.com xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Roman Sklyar mətbuat konfransında deyib.
Baş nazir müavininin sözlərinə görə, çox güman ki, Qazaxıstandakı atom elektrik stansiyası bir neçə qlobal şirkətin daxil olacağı konsorsium tərəfindən tikiləcək:
“Bütün ehtimal ki, bu, konsorsium olacaq, çünki təhlükəsizlik hər şeydən üstündür. Bundan əlavə, biz ən yeni stansiya modeli ilə maraqlanırıq ki, öz sahəsində lider olan istehsalçı ölkələrin ən son dizayn həlləri və texnologiyaları orada tətbiq olunacaq”.
O bildirib ki, yekun qərarı xüsusi layihə qrupu verəcək:
“Gələn il bu məsələyə daha çox aydınlıq gələcək: bu konsorsiumun üzvləri kimlər olacaq, sənədləşmə nə vaxt hazırlanacaq, podratçı və layihəçi ilə bağlı qərar nə vaxt veriləcək”.
Roman Sklyarın sözlərinə görə, beynəlxalq şirkətlər bir il ərzində texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar, yalnız bundan sonra AES-in tikintisinə başlanılacaq.
Bundan əvvəl Atom Elektrik Stansiyasının beynəlxalq şirkətlər birliyi ilə tikilməsi ideyasını ölkə prezidenti Kasım-Jomart Tokayev səsləndirmişdi.
Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin əksəriyyəti belə tikintiyə razılıq verib.
Onu da qeyd edək ki, tikintini Rusiyanın “Rosatom” şirkəti almaq istəyir. Bununla bağlı Qazaxıstana Rusiya rəhbərliyi səviyyəsində istəklər çatdırılıb. Lakin Rusiyaya qarşı sanksiyaların getdikcə dərinləşməsi Astananın layihəni bütünlüklə “Rosatom”a verməsini mümkünsüz edir. Buna görə də işlərin hansısa hissəsinin Rusiya şirkətinə verilməsi variantı müzakirə olunur. Lakin xarici tərəfdaşların bu varianta razılaşacaqları ehtimalı elə də böyük deyil.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ