İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə sərhədində güclü zəlzələ: Kimyəvi obyektlərdə yoxlama başladı

Qazaxıstanın Jambıl vilayətində - Qırğızıstanla sərhəddə güclü zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən 9 yaşayış məntəqəsinin sakinləri 2-5 bal gücündə təkanlar hiss ediblər.

Zəlzələ Astana vaxtı ilə saat 03:42-də baş verən zəlzələnin episentri Qazaxıstan ərazisində, Almatıdan 323 km cənub-qərbdə yerləşib.

Hələlik tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Öz növbəsində, Geofiziki Tədqiqatlar İnstitutunun Qazaxıstan Milli Məlumat Mərkəzi zəlzələnin maqnitudasının 5,7, enerji sinfinin 12,6 bal olduğunu bildirib. Milli Məlumat Mərkəzinin məlumatına görə, 4,0 bal gücündə zəlzələ Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astana vaxtı ilə saat 04:30-a kimi “Kazselezaşçita” Dövlət Müəssisəsinin mütəxəssisləri tərəfindən çayların məcralarında, hidrotexniki qurğularda, həmçinin sürüşmə və sel təhlükəsi olan ərazilərdə monitorinqlər aparılıb. Patrul polisi əməkdaşları mümkün zərərə görə həyati təminat obyektlərinə vizual baxış keçirirlər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində seysmik vəziyyətin monitorinqi üzrə operativ qərargah yerləşdirilib.

Fövqəladə hallar nazirinin müavini Batırbek Abdışevin sədrliyi ilə işçi iclas keçirilib, ərazi bölmələri ilə videokonfrans təşkil olunub: “Həlak olanlar barədə məlumat daxil olmayıb. Xilasetmə bölmələri lazım gələrsə, reaksiya verməyə hazırdır".

Nazirliyin məlumatına görə, Jambıl vilayətində beş kimyəvi təhlükəli obyekt var, mütəxəssislər onları yoxlayıblar və təhlükəli vəziyyət qeydə alınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR