Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni idmançı azərbaycanlı rəqibi Alika Semixovanı vurduğuna görə diskvalifikasiya edilib və medalı əlindən alınıb.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Karate-do Federasiyasının prezidenti Arif Məmmədov məlumat verib.
Federasiya rəsmisi bildirib ki, görüşdən sonra təşkilatçılar belə qərar qəbul edib: “Mən görüş zamanı orada etiraz etdim. Hətta erməni idmançıların rəhbəri ilə də danışdım. Daha sonra təşkilatçılar qərar qəbul etdi ki, idmançı yarışdan kənarlaşdırılmalı və medalı əlindən alınmalıdır. Hətta Ermənistan Karate-do Federasiyasının rəhbərliyi də öz idmançılarına iradını bildirdi, hətta onunla mübahisə etdi ki, bu cür hərəkət yolverilməzdi. Biz həmin idmançı barədə rəsmi beynəlxalq federasiyaya rəsmi müraciət göndərəcəyik”.
Qeyd edək ki, “Batumi Open” beynəlxalq karate turnirində Azərbaycan idamançısı Alika Semixova əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəlib. Bundan sonra bəzi ritualları yerinə yetirib tatamidən çıxmaq istəyib. Bu zaman məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşaraq ona yumruq zərbəsi endirib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ